Amerikalı jurnalistin xilasetmə əməliyyatının detalları açıqlandı
Bizi izləyin

Dünya

Amerikalı jurnalistin xilasetmə əməliyyatının detalları açıqlandı

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının edam etdiyi amerikalı jurnalist Ceyms Foleyin xilası üçün ABŞ-ın iyul ayının əvvəlində təşkil etdiyi əməliyyatın detalları ortaya çıxıb.

Publika.az-ın verdiyi xəbərə görə, “The Telegraph” qəzeti 20-dən çox “Delta” komandosunun döyüşdən sonra geri çəkilmək məcburiyyətində qaldığınıyazıb.

İyirmidən çox “Delta” komandosu əməliyyat üçün hazırlanan “Black Hawk” vertolyotundan Suriyaya enib. Komandolar amerikalı girovların saxlanıldığı təxmin edilən Rakka şəhəri yaxınlarındakı Ukayrişa kəndinə gəlib. İordaniya xüsusi təyinatlıları da onlarla birlikdə olub.

Komandoslar girovların saxlanıldığı deyilən binada heç kimi tapa bilməyib. Kənddə ev-ev axtarışın davam etdiyi bir vaxtda Rakkadan İŞİD-ə dəstək gəlib. Hadisə şahidlərinə görə, üç saat davam edən döyüş olub. Bundan “Delta” komandosları və İordaniya xüsusi təyinatlıları üç yaralı ilə oranı tərk edib. Girovların yerinin isə əməliyyatdan 24 saat əvvəl dəyişdirildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm