Vaqif Bakinski həbsxanaya düşən erməni qanuni oğrunu sındırmaq istəyir
Bizi izləyin

Dünya

Vaqif Bakinski həbsxanaya düşən erməni qanuni oğrunu sındırmaq istəyir

Bir müddət əvvəl həbs edilən erməni əsilli qanuni oğru Eduard Asatryan Butırka həbsxanasında xoşagəlməz vəziyyətlə üzləşib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal aləmdə Eduard Tbilisski kimi məşhur olan 45 yaşlı qanuni oğru kameraya girdikdə məhbusları salamlayıb və özünü təqdim edib.

Lakin bəziləri onu qanuni oğru kimi tanımaqdan imtina edib.

Sən demə, azərbaycanlı qanuni oğru Vaqif Bakinski həbsxanaya Ediklə bağlı “malyava”(məktub) göndərərək onun oğru kimi tanınmamasını istəyib.

Vaqifin məktubu Şişkan və Piçuqa ləqəbli qanuni oğrular arasında mübahisə səbəb olub. Şişkan Piçuqaya zəng edərək soruşub: “Niyə Eduard azadlıqda olanda yox, məhz həbsxanaya düşəndən sonra titulları əlindən alınır?” Əvəzində Vaqifin dostu olan Piçuqa ona ağır formada söyüş söyüb. Təbii ki, oğrular arasında belə təhqir yolverilməzdir. Odur ki, yaxın günlərdə bu iki qanuni oğrunun “razborka”sının şahidi olacağıq.

Xatırladaq ki, bundan əvvəl Butırkada Vaqif Bakinski gürcü avtoritet Cemonu sındırmışdı. Cemo - Rövşən Lənkəranskinin klanındandır. Onun da adı Ded Xasanı aradan götürən qanuni oğruların sırasında çəkilirdi.

Hələlik, Eduard Tbilisskinin tərəfində olan oğruların səyi ilə onun titulu saxlanılıb. Vaqif Bakinski və onun tərəfində olan Piçuqa, Miron və Voskres ləqəbli lotuları isə kriminal aləmdə artıq “NKVD dəstəsi” adlandırırlar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm