Qadın peşmərgələr İŞİD-ə qarşı döyüşə belə hazırlaşır - FOTOLAR
Bizi izləyin

Dünya

Qadın peşmərgələr İŞİD-ə qarşı döyüşə belə hazırlaşır - FOTOLAR

Qadın peşmərgələr döyüşə hazırlaşması ilə bağlı fotolar yayımlanıb.

ANSPRESS-in yaydığı məlumata görə, İraq Kürd Regional Rəhbərliyindəki qadın peşmərgə qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) döyüşçülərinə qarşı hazırlıq görürlər.

Xüsusilə, silahlı dəstədə 500-dən çox qadın peşmərgə İraqda gərgin gedən döyüşlər üçün daha effektiv təcrübə keçirlər. Qadın peşmərgələr "pulemyot", "Kalaşnikov" avtomatı və digər bu kimi çox sayda silahdan istifadə edə bilir.

Yaşları 18 - 45 arasında dəyişən qadın döyüşçülər xarici görünüşlərinə də laqeyd yanaşmırlar. Qadınlar rəngli dırnaqları, üzük, boyunbağı və sırğaları ilə diqqət çəkir.

İŞİD döyüşçüləri isə ən çox qadın döyüşçülər tərəfindən vurulmaqdan qorxur. Çünki İŞİD dəstələri qadınlar tərəfindən öldürülərsə şəhid olub cənnətə getməyəcəklərini düşünürlər.







































Oxumağa davam et
Reklam
Reklam

Gündəm