“Lunapark”da faciə: 11 yaşlı uşaq yıxılıb öldü
Bizi izləyin

Dünya

“Lunapark”da faciə: 11 yaşlı uşaq yıxılıb öldü

“Lunapark”a əylənməyə gələn 11 yaşlı uşaq karuseldən yıxılaraq ölüb. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Bodrumda baş verib. Ailəsi ilə “Lunapark”da istirahət edən Kərəm Müqəddəsin oturduğu kreslonun təhlükəsizlik kəməri açılıb və nəticədə o, 15 metr yüksəkdən yerə yıxılıb. Ağır yaralanan uşağın hadisə yerində ürəyi dayanıb. Əraziyə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimləri K.Müqəddəsi Bodrum Dövlət Xəstəxanasına yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə polis əməkdaşları gəlib. Hadisə ilə əlaqədar “Lunapark”ın rəhbərliyinin ifadəsi alınıb. Araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm