Qərb generallarından məsləhət: İŞİD-i necə məhv etmək olar?
Bizi izləyin

Dünya

Qərb generallarından məsləhət: İŞİD-i necə məhv etmək olar?

İraqda “İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı hücumların davam etdiyi bir vaxt qərbli ordu rəsmiləri terror qruplaşması ilə müharibənin Suriyada da aparlmasının vacibliyini irəli sürüblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ müdafiə naziri Çak Hegel mətbuat qarşısında çıxışı zamanı Vaşinqtonun İŞİD-ə qarşı mücadiləsinin davam edəcəyini açıqlayıb.

İŞİD-ə qarşı mübarizənin vacibliyini vurğulayan amerikalı nazir Suriya qolunu aradan qaldırmadan təşkilatı məhv etməyin mümkünsüzlüyünü bildirib.

2011-2013-cü illərdə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı olmuş ehtiyatda olan amerikalı general Con Allen prezident Barak Obamanın İŞİD-i yox etmək üçün daha sərt addımlar atmalı olduğunu qeyd edib. Allen “Defanseone” nəşrində yayımlanan məqaləsində qeyd edib ki, İŞİD-i məhv etmək üçün həm İraq, həm də Suriyada müharibə aparılmalıdır.

İngiltərənin keçmiş baş qərargah rəisi general Lord Dannet isə Qərbin İŞİD-lə mübarizə aparması üçün Suriya lideri Bəşər Əsədlə ittifaq qurulmasını təklif edib.

Vaşinqton isə bu arada Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlaya biləcəyi barədə siqnal verib. Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisinin müavini Ben Rodes terrorçulara qarşı mübarizədə coğrafi sərhəd tanımayacaqlarını deyib:

Ağ Ev sözçüsü onu da qeyd edib ki, terrorçuların məskən saldığı sərhədin hər iki tərəfində - İraq və Suriyada əməliyyatların aparılması mümkündür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm