Rusiya “Uraqan”lardan Ukraynaya atəş açıb
Bizi izləyin

Dünya

Rusiya “Uraqan”lardan Ukraynaya atəş açıb

Ukrayna antiterror gücləri Rusiya tərəfdən “Uraqan" reaktiv yaylım atəş sistemi ilə atəşə tutulub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

“İlovaysk, Novosvetlovka, Xryaşevatoe, Malonikolayevka, İlliriya və Saur-Moqilidə antiterror əməliyyatları davam edir. Terrorçular itirilmiş mövqelərin qaytarılması üçün Luqansk kəndi ətrafına canlı qüvvə və hərbi texnika toplayır”, - hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, antiterror gücləri terrorçuların 2 “Qrad” reaktiv yaylış atəş sistemi, 1 artilleriya topu və 2 minaatanı məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm