Qəzzada daha on bir “casus” edam edildi
Bizi izləyin

Dünya

Qəzzada daha on bir “casus” edam edildi

HƏMAS İsraillə əməkdaşlıqda ittiham etdiyi daha 11 fələstinlini açıq meydanda edam edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Həmasın internet saytı İsrail işğalına dəstək verənlərin hədəf alındığı bir əməliyyatın başlandığını açıqlayıb.

Qeyd edək ki, Qəzzada “casus əməliyyatı” Həmasın 3 liderinin öldürülməsindən sonra başlayıb. İki gün əvvəl Həmasın hərbi qanadı olan “İzəddin əl-Kassam” briqadasının 3 lideri - Raid əl-Attar, Məhəmməd Əbu Şemmale və Məhəmməd Berhum İsrailin raket atəşi nəticəsində öldürülmüşdü.

Dünən isə İsraillə əməkdaşlıqda ittiham olunan 7 fələstinli edam edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm