Dünya
Ukrayna prezidentinin oğlunun kilsədə ürəyi getdi - VİDEO
Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlunun ürəyi
gedib. Hadisə Kiyevdəki müqəddəs Sofiya kilsəsində, Ukrayna üçün
dua oxunan zaman baş verib. Bu anlar videokameraların yaddaşına
köçürülüb.
Anbaan lentə alınan kadrlarda da aydın görünür ki, yeniyetmənin
vəziyyəti mərasim zamanı pisləşib. O, bir necə dəfə gözlərini
uzunmüddətli yumaraq səndələyib və aşıb. Gənc oğlanı onun arxasında
dayanan keçmiş prezident Viktor Yuşşenko tutub.
"Mir 24" kanalının məlumatına görə, hadisəyə səbəb zalda havasızlıq
olması olub. Məlumata görə, yeniyetmə zaldan çıxarılıb və özünə
gələndən sonra yenidən məbədə qayıdıb.
Qeyd edək ki, avqusun 23-də Ukraynada bayraq günüdür. Rəsmi hissə
ölkə bayrağının Kiyevdəki Sofiya meydanında qaldırlması ilə
başlayıb. Mərasimdə eks prezidentlər - Leonid Kravçuk,Leonid Kuçma
və Viktor Yuşşenko da iştirak edib.
Xatırladaq ki, Poroşenko ikinci dəfədir ki anoloji hadisə ilə
üzləşib. Belə ki, iyun ayının 7-də andiçmə zamanı fəxri qaravulda
dayanan əsgərlərdən biri isti hava şəraiti ilə əlaqədar yıxılmışdı.
(anspress)
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO