Xəzəri Rusiyada böləcəklər
Bizi izləyin

Dünya

Xəzəri Rusiyada böləcəklər

İran prezidenti Həsən Ruhani gələn ay Rusiyaya rəsmi səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Ruhani Rusiyada keçiriləcək IV Xəzər sammitində işitrak edəcək.

İran prezidentinin sentyabrın 29-da Rusiyaya gedəcəyi bildirilir.

Qeyd edək ki, sentyabr ayında Rusiyada ilk dəfə olaraq Xəzəryanı ölkələrin Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın forumu keçiriləcək. 5 ölkənin nümayəndələri Xəzər dənizinin hüquqi statusunu müzakirə edəcəklər.

Sammitdə həmçinin Həştərxanda Xəzəryanı ölkələrin əməkdaşlığı üzrə iqtisadi zonanın yaradılması məsələsinin də müzakirə ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm