Merkel Kiyevdə səfərdədir
Bizi izləyin

Dünya

Merkel Kiyevdə səfərdədir

Almaniya kansleri Angela Merkel Ukraynaya rəsmi səfər edib.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, görüş çərçivəsində Merkel Ukrayna prezidenti Petro Poroşenko və baş nazir Arseni Yatsenyukla danışıqlar aparmaq niyyətindədir.

Bu səfər sabiq prezident Viktor Yanukoviçin seçilməsindən və Kiyevdən qaçışından sonra Merkelin bu ölkəyə ilk səfəridir.

Kiyevə səfər ərəfəsində Merkel ABŞ prezidenti Barak Obamayla telefonla danışaraq Ukraynadakı vəziyyəti müzakirə edib.

Ağ Evin rəsmi açıqlamasında hər iki liderin Luqanska Rusiyanın humanitar yardım göndərməsini ittiham edib.

Bildirilib ki, Ukrayna hakimiyyəti və Qırmızı Xaç Beynəlxalq Komitəsiylə razılaşdırılmadan yardım edilməsi müsbət qarşılanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm