Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: “Qarşıdurma istəyirsiniz”
Bizi izləyin

Dünya

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: “Qarşıdurma istəyirsiniz”

Rusiya Xarici İşlər nazirliyi ABŞ-ın Ukraynaya göndərilən humanitar ardımların qarşısını almaqla bölgədə çaxnaşma yaratmaq istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlik verdiyi açıqlamada Rusiyanın Ukraynaya humanitar yardım göndərməsini BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsinin absurd olduğunu bildirib.

ABŞ və Litvanın bu istiqamətdə süni maneələr törətdiyini qeyd edən nazirlik “Bunu insani missiyaya mane olmaq cəhdi kimi dəyərləndiririk. Geopolitik addımlar üçün vətəndaşların haqqı tapdanır. Beynəlxalq hüquq tanınmır. ABŞ bölgədə qarşıdurmanın davam etməsini istəyir”, - deyə vurğulayıb.

Xatırladaq ki, prezident Putinin avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşəcək. Bu görüşdə yaranan problemin müzakirə edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm