37 talibançı məhv edildi
Bizi izləyin

Dünya

37 talibançı məhv edildi

Ötən gün ərzində Əfqanıstanda "Taliban" hərəkətinin 37 döyüşçüsü məhv edilib.

Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, bu haqda ölkə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

İdarə qeyd edib ki, daha 37 mücahid yaralanıb. Terrorçuluğa qarşı əməliyyat eyni zamanda bir neçə yerdə Kunduz, Zabul, Loqar, Qazni, Paktika və Qor əyalətlərində keçirilib.

"Xaama-press" agentliyi xəbər verib ki, əfqan polisi böyük miqdarda silah və partlayıcı maddə askar edib.

Bundan başqa, terror aktlarının edilməsi üçün nəzərdə tutulmuş 12 əldəqayırma partlayıcı qurğu tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm