Jirinovski: "Rusiya imperiyaya çevrilməlidir"
Bizi izləyin

Dünya

Jirinovski: "Rusiya imperiyaya çevrilməlidir"

"Rusiyada siyasi partiyalar qadağan edilməli və ölkə seçkili monarxiyaya keçməlidir".

Publika.az-ın məlumatına görə, Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski bu fikirdədir.

“Demokratiya bizi məhv edir. Bizdə nə qədər ki, demokratiya var, sürünəcəyik. Sürünməmək, addımlamaq üçün demokratiyadan aralanmaq və ölkənin imperiya idarə üsuluna keçmək lazımdır”, - deyə o, “Seliqer” Ümumrusiya Gənclər Forumundakı çıxışı zamanı söyləyib.

Jirinovski bildirib ki, “demokratiya və çox partiyalılıq zəif dövlətlərə sırınıb”.

“Bütün partiyalar bağlansın! Qoy monarxiya olsun, ancaq seçkili monarxiya. 5-6 min ən yaxşı adamlar toplaşır və imperatoru seçirlər”, - deyə Jirinovski əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm