İsraildən xəbərdarlıq: Hər kəsi öldürəcəyik
Bizi izləyin

Dünya

İsraildən xəbərdarlıq: Hər kəsi öldürəcəyik

İsrail ordusunun sözçüsü Aviçay Adrae Qəzzaya yönəli hücumlarda bütün vətəndaşların və hərbi binaların hədəfə alınacağını bildirib.

Axar.az xəbər verir ki, özünün Tvitter hesabında bu barədə yazan Adrae, “Mərmi atıldığı yerlərə yaxın hər bir ev vurulacaq”, - deyə qeyd edib.

Adrae verdiyi məlumatda HƏMAS-ı məhv edəcəklərini bildirib: “İsrail ordusu terror hücumlarının məqsədə çatmasına maneə törədəcək və HƏMAS-a bağlı bütün terror ünsürlərini və onlara aid alt qrupları vuracaq. Sakit bir həyat istəyən qəzzalıların tələblərini və ehtiyaclarını görməməzlikdən gələn, yer altında gizlənən HƏMAS liderlərinin təqibinə davam edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm