Obama Suriyaya girmək üçün Konqresə məktub göndərir
Bizi izləyin

Dünya

Obama Suriyaya girmək üçün Konqresə məktub göndərir

Obama Administrasiyası terrorla mübarizə strategiyası çərçivəsində İŞİD-ə qarşı daha sərt tədbirlərə əl atmaq üçün Konqresə məktub göndərməyə hazırlaşır.

Axar.az "Vaşinqton Post"a istinadən xəbər verir ki, Konqres təkliflər paketini təsdiq edərsə, ABŞ ordusu İraq və Suriyaya girəcək.

Xəbərdə o da bildirilir ki, ABŞ ordusunun İŞİD-ə qarşı yeni mübarizə metoduna Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə İraqda yaşayan sünni vətəndaşlarının müdafiəsi üçün etiraz edə bilər.

Xatırladaq ki, Konqres 2001-ci ildə Əl-Qaidə, 2002-ci ildə isə Səddam Hüseyn rəhbərliyindəki İraqa qarşı hərbi əməliyyatlara razılıq vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm