Rusiya: NATO Baş katibi yalan danışır
Bizi izləyin

Dünya

Rusiya: NATO Baş katibi yalan danışır

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Baş katibi Anders Foq Rasmussenin Ukrayna rəhbərliyi və Beynəlxalq Qızıl Xaç Təşkilatının nəzarəti olmadan bölgəyə yardım aparıldığına dair iddialarının yalan olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlik verdiyi açıqlamada Ukrayna tərəfindən icazə notasının avqustun 12-də alındığını qeyd edib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı yayılan iddiaların yalan oluğunu bildirən nazirlik Baş katibin dediklərinin həqiqətəuyğun olmadığını dilə gətirib.

Xatırladaq ki, dünən NATO Baş katibi Anders Foq Rasmussen Rusiya silahlıları tərəfindən nəzarət edilən ağır silahların bölgəyə gətirildiyini və Ukrayna əsgərlərinə atəş açıldığını iddia etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm