Qərb Bolqarıstanın Şərqə üz tutmasından narahatdır
Bizi izləyin

Dünya

Qərb Bolqarıstanın Şərqə üz tutmasından narahatdır

Bəzi Qərb ölkələrinin liderləri onillər boyunca Sovet blokunun ən sadiq üzvlərindən biri olan Bolqarıstanın artıq bir neçə ildir ki, Qərb alyanslarının tərkibinə daxil olmasına baxmayaraq, yenidən Moskvanın təsiri altına düşməsindən narahatdırlar. Belə ki, ölkənin hakim partiyasının nümayəndələri Rusiya ilə əlaqələri inkar etmirlər, ancaq Bolqarıstan üçün seçimin lazım olduğuna əmin deyillər.

Axar.az bildirir ki, ölkənin hakim Sosialist Partiyasının gənclər qolunun rəhbəri Yavor Simyonov Rusiyanın həmişə bolqarların qəlbinə yaxın olacağını vurğulayıb:

“Bolqarıstan həmişə Rusiya və Avropa arasında yerləşib və onlar arasıında seçim etmək lazım deyil. O, orta yolu tuta bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm