"İŞİD-in 10 faizi amerikalılardır"
Bizi izləyin

Dünya

"İŞİD-in 10 faizi amerikalılardır"

“Yüzdən çox ABŞ vətəndaşının İslam Dövləti (İŞİD) terror qruplaşmasının üzvü olduğunu bilirik”. Publika.az-ın məlumatına görə, bunu ABŞ təhlükəsizlik nümayəndələri dilə gətirib.

ABŞ-ın “CBS News” kanalı ötən gün yayımladığı xəbərində ABŞ təhlükəsizlik nümayəndələri tərəfindən İŞİD-in tərkibində minlərlə xarici vətəndaş olduğu və onlardan da onda birinin ABŞ-lı olduğu deyilib.

Bundan əvvəl də İŞİD terrorçuları arasında Avropa və ABŞ qeydiyyatlı silahlıların olduğu xəbəri yayılmışdı. Lakin ən son ABŞ-lı jurnalist Ceyms Foulinin başını kəsən İŞİD üzvünün bir ingilis olması, bu yöndə məlumatlara daha çox maraq artırıb.

Qeyd edək ki, ingilis mediası Foulini edam edən şəxsin ləhcəsini nəzərdən keçirərək, bu sahədə mütəxəssislərin fikinə əsaslanmaqla, həmin şəxsin Londonun şərq hissəsində yaşamış biri oçduğunu elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm