İsrail Qəzzanı yenidən bombaladı
Bizi izləyin

Dünya

İsrail Qəzzanı yenidən bombaladı

İsrail ilə Fələstinin Həmas hərəkatı arasında döyüşlər davam edir. İsrail hərbi qüvvələri növbəti dəfə Qəzza zolağına aviazərbələr endirib.

Publika.az-ın hurriyyet.com-a istinadən məlumatına görə, əsasən Qəzza, Rafah və Xan Yunis şəhərləri raket zərbələrinə məruz qalıblar. Rafah şəhərində raketlərdən biri yaşayış məntəqəsinə tuş gəlib. Nəticədə 6 fələstinli yaralanıb. Qəzza şəhərində isə, Həmas üzvü öz avtomobilində raket zərbəsinə tuş gələrək ölüb. Zərbə nəticəsində yaxınlıqda olan 11 nəfər yaralanıb.

Ötən gün 12 mərtəbəli binaya edilən hücum anı həvəskar kameraya düşüb. Binanın uçması nəticəsində 5 nəfər ölmüş, 22 nəfər xəsarət almışdı. Xəsarət alanların 11-i uşaq, 5-i qadındır.

İsrailin Qəzzaya hücumları zamanı indiyə qədər ölənlərin sayı 2100-ü keçib.

Fələstin lideri Mahmud Abbasun İsrail ilə sülh cəhdləri ötən gün də davam edib. Dövlət başçısı tərəflər arasında uzunmüddətli atəşkəs əldə olunması üçün Ərəb Liqası rəsmiləri ilə danışıqlar aparıb. Görüş Misirin paytaxtı Qahirədə baş tutub.

Mahmud Abbas, eyni zamanda, Misir prezidenti Əbdəl Fəttah əl-Sisi ilə də münaqişənin həllinə dair müzakirələr aparıb. Mahmud Abbas bildirib ki, Fələstin hökuməti daha çox mülki insanların ölməsinə görə narahatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm