Separatçı qurumda növbədənkənar seçkilər
Bizi izləyin

Dünya

Separatçı qurumda növbədənkənar seçkilər

Tanınmamış “Abxaziya Respublikası”nda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, seçkilər Abxaziyadan kənarda Moskva və İstanbulda da keçiriləcək.

“Prezident” postu uğrunda 4 namizəd - Aslan Bjaniya, Leonid Dzapşba, Mirab Kişmariya və Raul Xadjimba mübarizə aparır. Növbədənkənar seçkilərin keçirilməsi əvvəlki “dövlət başçısı” olan Aleksandr Ankvabın istefası ilə bağlıdır. Ankvab 1 iyul tarixində Qudauta şəhərindəki Rusiya hərbi bazasından müraciətlə çıxış edərək “vətəndaş sülhünün qorunması naminə” istefa verdiyini bəyan etmişdi.
O, müxalifətin mayın 27-də mitinq keçirərək prezident administrasiyası, hökumət binası və televiziyanı zəbt etməsindən sonra istefa verməyə məcbur olmuşdu..

Məlumata görə, prezident seçkilərini dünyanın 24 ölkəsinin nümayəndələri müşahidə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm