Şoyqu Ukraynada ölən hərbçilərə görə Pskova gəldi
Bizi izləyin

Dünya

Şoyqu Ukraynada ölən hərbçilərə görə Pskova gəldi

Ukraynada öldürülən pskovlu xüsusi təyinatlıların dul qalan qadınlarını sakitləşdirmək üçün Rusiya Müdafiə naziri Sergey Şoyqu şəxsən Pskov şəhərinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukarayna mətbuatı xəbər yayıb. Məlumatda deyilir ki, ukraynalı hərbçilərinin paylaşdıqları şəkillərdə bir gün öncə kütləvi şəkildə məhv edilən rusiyalı muzdlu döyüşçülərin hətta bəzilərinin kimliyini də müəyyənləşdirmək mümkün olub. 76 saylı Pskov desant bölməsi Ukrayna ordusunun müqaviməti ilə üzləşib.

Pskov şəhərindəki matəm ab-havasını qara libasda gəzən qadınlardan sezmək mümkündür. Olay haqqında və ölənlər barədə isə yalnız yerli sosial şəbəkə istifadəçilərinin xəbər paylaşmalarından xəbər tutmaq olur. Qeyd olunur ki, təcili şəkildə Pskov şəhərinə gələn Şoyqu ölən desantların dul qadınları ilə qapalı görüş keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm