ABŞ-dan İŞİD-ə yeni zərbələr
Bizi izləyin

Dünya

ABŞ-dan İŞİD-ə yeni zərbələr

Amerika Hərbi Hava qüvvələri İraqın şimalında Mosul bəndi üzərində strateji vacib nöqtəyə, “İslam dövləti” yaraqlılarına yeni zərbələr endirib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ HHQ mərkəzi komandanlıqdan xəbər verilib.

“”İŞİD”ə aid nəqliyyat vaasitəsi zərbələr nəticəsində məhv edilib. Təyyarələr atəş bölgəsini hadisə baş vermədən tərk edib”- deyə xəbərdə bildirilir.

Qeyd edək ki, 8 avqustdan etibarən mərkəzi komandanlıq tərəfindən 94 aviazərbə endirilib. Onlardan 61 zərbə İraq ordusuna Mosul bəndində dəstək məqsədi daşıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm