PKK terror təşkilatları siyahısından çıxarılır?
Bizi izləyin

Dünya

PKK terror təşkilatları siyahısından çıxarılır?

“İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı döyüşən PKK Avropa Birliyinin terror təşkilatları siyahısından çıxarıla bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Danimarkanın tanınmış qəzetlərindən olan “Berlingske” bildirib.

Qəzet yazır ki, Avropa Parlamenti və quruma üzv ölkələrin parlamentlərində PKK-nın terror təşkilatları siyahısından çıxarılması yönündə çağırışlar səslənir.

Qeyd edək ki, iki gün əvvəl “Röyters” xəbər agentliyi ABŞ-da da PKK-ya qarşı münasibətin dəyişdiyini bildirmişdi. Agentlik yazırdı ki, İŞİD təşkilatına qarşı döyüşə qatılan PKK ABŞ-ın gözlənilməz müttəfiqinə çevrilib.

Avropalı bir diplomat düşünür ki, PKK-nın İraqdakı fəaliyyəti onun Avropa Birliyinin terror təşkilatları siyahısından çıxarılmasına kömək edə bilər. Ancaq diplomat Avropa Birliyinin Türkiyə ilə razılaşmadan PKK-nın terror təşkilatları siyahısından çıxarılmasının qeyri-mümkün olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm