Merkel: “Rusiya Avropanı işğal edə bilər”
Bizi izləyin

Dünya

Merkel: “Rusiya Avropanı işğal edə bilər”

Almaniya kansleri Angela Merkel Krımın Rusiyaya birləşdirilməsinin Avropa ölkələri tərəfindən heç vaxt qəbul edilməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Merkel Krımın Ukraynadan ayrı qəbul olunmasını qəbuledilməz adlandıraraq Avropanın da eyni tarixi yaşaya biləcəyi xəbərdarlığını edib.

Kiyevdə rəsmi səfərdə olan Merkel Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşərkən Avropada torpaqların Rusiya tərəfindən işğal olunmasının təkcə Krım və Ukraynanı maraqlandırmadığını, bu hadisənin Avropada böyük həyəcanla izlənildiyini vurğulayıb.

İkinci Dünya müharibəsindən sonra yaranmış xəritənin pozulmasının yolverilməz olduğunu deyən Merkel Donetsk və Luqanskın ölkədən ayrılmaq astanasında olduğunu da qeyd edib.

Merkel Rusiyaya qarşı yeni sanksiyaların Avropa Birliyinin gündəmində olmadığını deyərək Ukraynada vəziyyətin daha da pisləşəcəyi təqdirdə məsələnin gündəmə gələcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm