Poroşenkodan müharibə bəyanatı: “Xarici təcavüz vəziyyətinə hazır olmalıyıq”
Bizi izləyin

Dünya

Poroşenkodan müharibə bəyanatı: “Xarici təcavüz vəziyyətinə hazır olmalıyıq”

Bu gün Ukraynanın Müstəqillik Gününə həsr edilmiş hərbi parad keçirilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko paradda əhəmiyyətli bəyanatlar verib.

O, bildirib ki, ukraynalılar daimi xarici təcavüz vəziyyətinə hazır olmalıdır: “Ukrayna üzərində hərbi təhlükə daim olacaq. Dövlətimiz müstəqilliyinin müdafiəsinə daim hazır olmalıdır”.

Bu ilin sonuna kimi silahlanma və hərbi texnikanın yenilənməsi üçün milyardlarla qriven ayırılacağını vurğulayan Poroşenko 2015-2017-ci illərdə bu məqsədlə 40 milyarddan çox qriven xərclənməsinin planlaşdırıldığını deyib. Poroşenko bundan sonra 23 fevral tariixinin vətənin müdafiəsi günü olaraq bayram edilməyəcəyini söyləyib: “Ukrayna bundan sonra heç vaxt qonşu ölkənin hərbi-tarixi təqvimi ilə bu bayramı qeyd etməyəcək. Biz öz vətənimizin müdafiəçilərinə hörmət edəcəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm