• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Poroşenko: “Ərazi bütövlüyü danışıqların predmeti deyil”

  • Dünya
  • 24 Avqust 2014 15:33
  • 418 Baxış
Poroşenko: “Ərazi bütövlüyü danışıqların predmeti deyil”

Ukrayna diplomatiyası ölkənin şərqindəki hərbi münaqişənin siyasi yolla həlli üçün yollar axtarır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Müstəqillik Gününə həsr edilmiş hərbi paradda çıxışında deyib.

Porpşenko həmçinin qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli birtərəfli ola bilməz. O, münaqişənin Ukraynanın ərazi bütövlüyünün pozulması hesabına həllinin mümkün olmadığını söyləyib.

“Bizim seçimimiz sülhdür. Mən sülh planını hələ iyun ayında təklif etmişdim. Lakin sülh təşəbbüsləri birtərəfli olmamalıdır. Münaqişənin danışıqlar yolu ilə həlli Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi hesabına olmamalıdır. Ukraynanın ərazi bütövlüyü danışıqların predmeti deyil”. - Ukrayna prezident bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR