Moskva patriarxı Poroşenkonu sülhə çağırdı
Bizi izləyin

Dünya

Moskva patriarxı Poroşenkonu sülhə çağırdı

Moskva və bütün rusların patriarxı Kirill Ukrayna Prezidenti Pyotr Poroşenkonu Müstəqillik Günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Kirill təbrik məktubunda həmçinin, prezidenti ölkənin cənub-şərqində qan tökülməsinin qarşısını almaq üçün bütün imkanlarından istifadə etməyə çağırıb.

Patriarx Kirill qeyd edib ki, Ukrayna xalqının tarixin ən böyük acısını yaşamasından çox təəssüflənir: “Ölən və yaralananların sayı minlərlədir. Yenə də Allah xatirinə bütüen Ukrayna xalqını qan tökülməsinin qarşısını almaq üçün hər şeyi etməyə çağırıram. Əminəm ki, bu gün ölkəyə sülh və vətəndaş razılaşması lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm