Türkiyə sərhədində “Əl-Qaidə” dövləti qurulur
Bizi izləyin

Dünya

Türkiyə sərhədində “Əl-Qaidə” dövləti qurulur

Suriyada türkmanların yaşadığı Çobanbeyli qəsəbəsini ələ keçirən “Əl-Qaidə” bağlantılı “İraq-Şam İslam Dövləti" (İŞİD) mövqelərini gücləndirməkdə davam edir. Publika.Az –ın verdiyi xəbərə görə, Suriya müxalifətinin liderlərindən olan Casim əl-Avvad “Əl-Q

Suriyada türkmanların yaşadığı Çobanbeyli qəsəbəsini ələ keçirən “Əl-Qaidə” bağlantılı “İraq-Şam İslam Dövləti" (İŞİD) mövqelərini gücləndirməkdə davam edir. Publika.Az –ın verdiyi xəbərə görə, Suriya müxalifətinin liderlərindən olan Casim əl-Avvad “Əl-Qaidə”yə bağlı silahlı birliklərin güclənməsini dəyərləndirib.

İŞİD-in arxasında İran və Əsəd rejiminin olduğunu deyən müxalifət lideri Tehran və Dəməşqin Türkiyəyə terror ixrac edəcək bir “Əl-Qaidə” dövləti qurmaq istədiyini bildirib.

IŞİD dünən Hələbdə iki partlayış törədib. Partlayışlarda güclü müxalif silahlı qruplardan olan “Liva əl-Tövhid”in liderlərindən Adnan Baxar da olmaqla 25 nəfərin öldüyü bildirilir. Casim əl-Avvad son həftələr yeni mövqelər əldə edərək güclənən təşklatın uğurlarını “qorxutma strategiyası” və “maddi güc”lə izah edir. O, IŞİD-in ölkənin şimalındakı neft və təbii qaz ehtiyatları, su qaynaqları və geniş əkinçilik ərazilərinə sahib Rakka ilə Hələbin Cerablus və Əl-Bab mahallarını nəzarət altında saxladığına diqqət çəkir. "İran və rejim Rakkada qonşusu Türkiyəyə terror ixrac edəcək “Əl-Qaidə” dövləti qurmaq istəyir” iddiasını dilə gətirən Casim əl-Avvad bunun Türkiyə və Suriya müxalifəti üçün nəticələrinin çox ağır olacağını bildirib.

“Əl-Qaidə”nin İrana heç bir zaman hücumları olmadı. Məsələn, təşkilatın üzvləri Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kafir dövlət elan edir. Amma İrana bir şey dediklərini eşitmədim. Heç bir zaman Əsədlə döyüşməyiblər. Əsəd də onların ölkənin şimalındakı nəzarətinə göz yumur”, - deyən müxalif lider İŞİD-in İranla əlaqəsindən bəhs edir.

Qeyd edək ki, keçən həftə Türkiyə Silahlı Qüvvələri sərhədləri yaxınlığındakı İŞİD-ə məxsus maşın karvanını vurub. Türkiyənin bunu İŞİD və Suriya Azadlıq Ordusu arasında gedən döyüşlərdə raketlərdən birinin ərazisinə düşməsindən sonra etdiyi bildirilir.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə bunu etməyə məcbur olduqlarını, təhlükənin ölkənin sərhədlərinə yaxınlaşdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm