İsrail İŞİD-ə savaş açdı
Bizi izləyin

Dünya

İsrail İŞİD-ə savaş açdı

İsrail baş naziri Binyamin Netanyahu "Həmas" və İŞİD-i eyniləşdirib.

ANS PRESS-in məlumatına görə, Netanyahu hər 2 təşkilatın uşaqları öldürən İslam xilafəti qurmaq istəyən qurumlar olduğunu bildirib:

"Hər ikisi eyni zəhərli ağacın budaqlarıdır. Hər iki hərəkat içində insan hüquqları olmayan, azlıqları öldürən, İslam dövləti və xəlifəlik qurmaq məqsədləri var. İsrail dövləti islamçı radikallara qarşı dünyanın hər yerində mübarizəsini davam etdirəcək".

Daha sonra İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara toxunan Netanyahu "Həmas"ın işlətdiyi cinayətlərə görə, əvəz alınacağını bəyan edib:

"Həmas!" işlədiyi cinayətlərdən ötrü ağır əvəz ödəyir və ödəyəcək. Qəzzada xalqını, "Həmas"ın terrorçuluqla məşğuul olduğu binaları təcili boşaltmağa çağırıram. Bu yerlər bizim üçün hədəfdir. Son günlərdə İsrail vətəndaşlarına atəş açanların toxunulmaz olmadığını göstərdik. Əməliyyatları keçirməkdə israrlıyıq. Məqsədlərimizə çatana qədər bu əməliyyatlar davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm