Ukraynanın şərqində döyüşlər gedir
Bizi izləyin

Dünya

Ukraynanın şərqində döyüşlər gedir

Son 24 saatda Ukraynanın şərqində gedən döyüşlərdə 5 hərbçi həlak olub, 8 nəfər isə yaralanıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, Ukrayna höküməti separatılara qarşı hücumların davam etdirildiyini açıqlayıb.

Bu gün separatçılar Donetsk vilayətində Kommunar yaşayış məntəqəsini "Grad"lardan atəşə tutublar. Qəsəbədə evlər yanıb.

Qeyd edək ki, Kommunarda heç bir hərbi hissə və mövqe yerləşmir. İtkilər barədə hələlik məlumat yoxdur.

Donetsk, Qorlovka, Novosvetlovka və Xryaşevatoye yaxınlığında hərbi əməliyyatlar davam edir. Ukrayna hərbçiləri Saur-Moqila rayonunda mövqelərini saxlayıblar.

Ötən sutka ərzində hökumət qüvvələri separatçıların mövqelərinə 60-a yaxın artilleriya zərbəsi endiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm