Dünya
Rusiya Azərbaycanda bahalıq yaratdı
“Azərbaycanda bu il fermerlər aqrotexniki qaydalara əməl edə bilmədilər”.
Bunu Axar.az-a aqrar sahə üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmov hazırda kənd təsərrüfatındakı vəziyyətlə bağlı danışarkən deyib. Meyvə-tərəvəz bazarında yaranmış qıtlığın səbəbləri haqda danışan ekspertin sözlərinə görə, ən böyük problem sudur.
V.Məhərrəmov hesab edir ki, paralel olaraq sanksiyalar səbəbindən Rusiyanın öz bazarlarını Azərbaycanın daha geniş üzünə açması və şimal qonşumuza meyvə-tərəvəzin daşınmasının sürətlənməsi təbii olaraq ölkədə bahalıq doğurur:
“Fermerlər üçün Rusiya bazarları əlverişlidir. Böyük həcmdə yüklər Rusiya bazarlarında aparılır və bu da istər-istəməz ölkə daxilində də qiymətlərə təsir edir”.
V.Məhərrəmov meyvə-tərəvəz bazarındakı qıtlığı və bahalığı xaricdən gətirilən mallara görə yaranmış rəqabətlə də izah edir. Onun sözlərinə görə, hər şeydən öncə ilk növbədə fermerlərin suvarma problemi həllini tapmalıdır:
“Əvvəla, payız və yayda su bolluğu olur. Vaxtında su yığılmalı idi. Azərbaycanda göllər, hovuzlar, su anbarları var. Bu yerlərə su bolluğu olanda ehtiyat su yığılmalıdır. Suvarma üçün su qıtlığı olanda fermerlərə verilməlidir”.
Müsahibimiz çıxış yolu kimi məhsul qurumlarının vahid sistem yaratmasını təklif edir:
“Su və Meliorasiya, Azərenerji, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birlikdə vahid sistemə keçsələr, suvarma probleminə ciddi dəstək olar. Bu qurumlar su resurslarının idarə edilməsində iştirakçıdırlar. İndidən gələn ili fikirləşmək lazımdır. Qarşıdan payız gəlir, yağışlar olacaq, hövzələrə, göllərə su ehtiyatı toplansın ki, gələn il meyvə-tərəvəz üçün suvarmada istifadə olunsun”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO