Akunin: "Putinin sonu çox pis olacaq"
Bizi izləyin

Dünya

Akunin: "Putinin sonu çox pis olacaq"

Boris Akunin Putin hakimiyyətinin labüd sonundan danışıb.

Axar.az xəbər verir ki, məşhur rus yazıçısı Boris Akunun (Qriqori Çxartişvili) bildirib ki, Rusiya hökuməti “özünün kütlüyü və burnunun ucunu görməməsindən yana” dinc yolla daha demokratik idarəetmə formasına keçməkdən imtina edib və hər zaman ələ düşməyən bu fürsəti əldən verib. Akunin "Deutsche Welle"yə verdiyi intervüdə deyib:

“Hakimiyyət bunu anlamadı. Özünü bu imkandan məhrum etdi. Artıq Vladimir Putinin seçimi qalmayıb. Onun sonu bütün hallarda çox pis olacaq. Bu – ya saray çevrilişi, ya da sosial partlayışla nəticələnək. Sistem seçimdəm imtina edəndə xalq üçün başqa yol qoymur”.

Xatırladaq ki, rəsmi Kremlin hazırladığı Rusiya üçün arzuolanumaz şəxslərin 57 nəfərlik qeyri-rəsmi siyahısınında Boris Akuninin də adı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm