İŞİD-in 35 üzvü öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in 35 üzvü öldürüldü

İraqın Beyci bölgəsindəki neft yatağını ələ keçirmək istəyən “İraq Şam İslam Dövləti” (İŞİD) ağır itki ilə üzləşib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, baş verən döyüşlərdə İŞİD terror təşkilatının 35 üzvü öldürülüb.

İŞİD-in, həmçinin, 4 tank və ağır silahlar daşıyan 3 zirehli texnikanın yararsız hala gətirildiyi bildirilir.

Beyci mahalı İraqın ən böyük neft ehtiyatlarına malik bölgələrindən sayılır. Beycini ələ keçirməyə çalışan İŞİD ilə təhlükəsizlik gücləri arasında tez-tez qarşıdurmalar baş verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm