İŞİD alman girovu azadlığa buraxdı
Bizi izləyin

Dünya

İŞİD alman girovu azadlığa buraxdı

“İraq Şam İslam Dövləti” terror təşkilatı alman girovu azad edib.

Axar.az xəbər verir ki, bir ildən artıqdır İŞİD-in girovluğunda olan 27 yaşlı alman Suriyada sərbəst buraxılıb.

Ailəsinin özündən uzun müddət xəbər ala bilməməsindən sonra rəsmi qurumlara müraciət edən girovun ailəsinə İŞİD tərəfindən mesaj göndərilmişdi. Belə ki, yayımlanan videoda girovun geri qaytarılması üçün külli miqdarda pul tələb edilmişdi.

Alman Federal Kəşfiyyat Dairəsi və Xarici İşlər Nazirliyi tərəfindən girov pulu ödənməklə alman girov azadlığa qovuşmuş olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm