Dünya
İŞİD-dən daha bir kütləvi qətliam
Yaxın Şərqdə öz fəallığını artıran İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması daha bir tükürpərdici qətliama imza atıb.
ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyanın Raqqa əyalətindəki “Tabka” hərbi hava limanını ələ keçirən İŞİD qüvvələri Əsəd rejiminə bağlı 152 əsgəri güllələyib, zabitlərin də olduğu 250 hərbçini əsir götürüb.
Məlumata görə, tərəflər arasında başlayan insident vaxtı yaxınlıqdakı tarlalarda gizlənən “Bəəs” rejiminin bir çox əsgəri isə qaçaraq ərazidən uzaqlaşıb. “Tabka” hava limanında çox miqdarda hərbi mühimmatı da ələ keçirən İŞİD qüvvələri çox sayda təyyarəni də məhv ediblər.
Suriyanın rəsmi xəbər agentliyi “Sana” isə daha əvvəl “Tabka” hərbi hava limanında "Bəəs" rejiminə bağlı hərbçilərin “təxliyyə və yenidən toplaşma” təlimləri keçdiyini bildirmişdi.
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu