• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsrail Qəzzanı belə viran qoyur (VİDEO)

  • Dünya
  • 25 Avqust 2014 05:42
  • 444 Baxış
İsrail Qəzzanı belə viran qoyur (VİDEO)

İsrail ilə Fələstinin “Həmas” hərəkatı arasında döyüşlər davam edir. İsrail hərbi qüvvələri növbəti dəfə Qəzza zolağına aviazərbələr endirib. Əsasən, Qəzza, Rafah və Xan Yunis şəhərləri raket zərbələrinə məruz qalıblar. Hücumlarda yenə də uşaq və qadınlar xəsarət alıb.

ANS TV-nin məlumatına görə, bir aydan çoxdur aviazərbələrə məruz qalan fələstinlilər yeni günə, köhnə günün dərdiylə başlayırlar. Günün əsas məşğuliyyəti isə aviazərbələrin viran qoyduğu şəhərdə dağılan binaların qalıqları altından öz yaxınlarını axtramaqdan və meyidlərin çıxarılmasından ibarətdir. Bu onların ailə üzvləri də ola bilər, sadə Qəzza sakini də.

Qəzza zolağında yaşayan sakinlər indi sözün həqiqi mənasında ölümün gözünə dik baxırlar. Burada yaşayan uşaqlar da həmyaşıdlarından fərqli böyüyür. Onlar bombardman səhnələrinin kinolarda deyil, reallıqda şahidi olurlar.

Görüntülər isə ötən gün Rafah şəhərində həvəskar kameralar tərəfindən lentə alınıb. Aviazərbələr zamanı 6 fələstinlinin yaralandığı barədə məlumat verilir. Lakin həvəskar kameraların lentə aldığı daha dəhşətli görüntülər var.

Raket zərbəsinin gücündən çökən 12 mərtəbəli bina, 5 fələstinlinin ölməsinə, 11 uşaq və 5 qadın olmaqla, ümumilikdə 22 nəfərin yaralanmasına səbəb olub. Qəzzanı aviazərbələrə məruz qoyan İsrail, ötən gün həm də məqsədinə nail ola bilib. “Həmas” üzvlərinin fəallarından hesab edilən bir fələstinli aviazərbələr zamanı öz avtomobilində ölüb, onun 11 silahdaşı isə yaralanıb.

Aviazərbələr zamanı 2100-dən çox insanın ölməsi isə nə Fələstin lideri Mahmud Abbasın, nə də Ərəb Liqasının digər üzvlərinin əhval-ruhiyyəsinə bir o qədər də təsir etməyib. Hər halda bu onların jestlərindən də aydın görünür.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR