Kiçik İŞİD terrorçusunun dəhşətli hərəkəti - FOTO-13+
Bizi izləyin

Dünya

Kiçik İŞİD terrorçusunun dəhşətli hərəkəti - FOTO-13+

Sosial şəbəkələrdə kiçik İŞİD üzvünün tükürpərdici hərəkətini əks etdirən foto şəkil yayılıb.

Publika.az-ın "haberturk" saytına istinadən məlumatına görə, bu şəkil əsasında İŞİD terrorçularının azyaşlı uşaqlara baş kəsmə təlimləri keçdiyi iddia olunur.

Şəkildə İŞİD terrorçularının paltarını geyinmiş üzü bağlı uşaq görünür.

İŞİD bayrağının qarşısında dayanmış uşağın bir əlində bıçaq, digər əlində narıncı geyimi olan kukla var. (Burada, kuklanın bir neçə gün əvvəl İŞİD terrorçusu tərəfindən başı kəsilən amerikalı jurnalistə bənzədildiyi güman olunur).

Növbəti fotoda isə həmin kukla İŞİD bayrağının qarşısında başı qoparılmış şəkildə nümayiş olunur.

Mənfi nümunə təşkil edəcəyindən azyaşlıların bu şəkillərə baxması məsləhət görülmür.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm