Sarkisyan Ərdoğanın ona dəvət göndərdiyini açıqladı
Bizi izləyin

Dünya

Sarkisyan Ərdoğanın ona dəvət göndərdiyini açıqladı

Ermənistan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiyasına rəsmi dəvət alıb.

Virtualaz.org xəbər verir ki, bu informasiyanı Ermənistan prezidenti Serj Sarkisyan açıqlayıb. Ümumerməni gənclər forumunun iştirakçıları qarşısında çıxış edən və iştirakçılardan birinin Ermənistan-Türkiyə münasibətləri barədə sualına cavab verən Sarkisyan deyib ki, Ərdoğanın avqustun 28-dı keçiriləcək inaqurasiya mərasiminə qatılmaq üçün Ankaradan onlara rəsmi dəvət gəlib.

Sarkisyanın sözlərinə görə, Ermənistan tərəfi bu dəvəti qəbul edib və çox güman ki, xarici işlər naziri Edvard Nalbəndyan inaqurasiya mərasiminə qatılacaq. Ermənistan prezidentinin sözlərinə görə, Nalbəndyan bu səfər zamanı Ərdoğanın gələn il 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı İrəvana səfər edib “soyqırım abidəsi”ni ziyarət etməsi məsələsini də aydınlaşdıracaq. Xatırladaq ki, Ərdoğanın gələn il geniş tərkibli nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edəcəyini və “soyqırım” abidəsini ziyarət edəcəyini bu yaxınlarda erməni politoloqlarından biri açıqlamışdı.

Sarkisyan forum iştirakçılarının suallarına cavab olaraq onu da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin nə vaxt açılacağını deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Ermənistan arzu edir ki, bu mümkün qədər tez baş versin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm