“Tvitter”dəki məlumata görə təyyarəni endirdilər
Bizi izləyin

Dünya

“Tvitter”dəki məlumata görə təyyarəni endirdilər

Dallasdan San Dieqoya uçan sərnişin təyyarəsi FTB-nin tələbi ilə təcili eniş edib.

Publika.az “CBS News” agentliyinə istinadən xəbər verir ki, FTB bu qərarı “Tvitter”də həmin reyslə uçan təyyarəyə bomba qoyulması xəbərindən sonra verib.

İnsident bazar günü baş verib. Təyyarə eniş etdikdən sonra göyərtədə axtarış edilib. Lakin heç bir partladıcı maddə tapılmayıb. Axtarış bitdikdən sonra təyyarə San Dieqoya uçub.

“Tvitter”də yalan xəbəri isə “Lizard Squad” adlı haker qrupunun yaydığı ortaya çıxıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm