ABŞ: “İŞİD bizim üçün birbaşa təhdid deyil”
Bizi izləyin

Dünya

ABŞ: “İŞİD bizim üçün birbaşa təhdid deyil”

Ali baş qərargah rəisi: "İŞİD ABŞ və ya Avropa torpaqlarına birbaşa təhdid edərsə, ABŞ ordusu İŞİD yaraqlıları ilə döyüşəcək".

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Əfqanıstana gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran ABŞ Ali baş qərargah rəisi Martin Dempsey İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaratdığı təhdidə dair fikirlərini bölüşüb.

Dempsey indiki şəraitdə daha çox bölgə üçün təhlükəli olan İŞİD terror təşkilatının ABŞ və ya Avropaya hücum planının olmadığını bildirib.

O, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanında İŞİD-in məhv edilməsi üçün müttəfiqlərinin olduğunu qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm