Müxalifət lideri Abxaziya “prezident”i oldu
Bizi izləyin

Dünya

Müxalifət lideri Abxaziya “prezident”i oldu

Dünən Abxaziyada keçirilmiş qondarma prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət lideri Raul Xadjimba səslərin 50,57 faizini yığıb.

Onu əsas rəqibi Aslan Bjaniya 35,91 faiz səslə izləyir. Mirab Kişmariya üçüncü (6,4 faiz), Leonid Dzapşba dördüncü (3,4 faiz) yerdədir.

R.Xadjimba üçüncü dəfə idi ki, qondarma qurumda keçirilən prezident seçkilərində iştirak edirdi. O, müxtəlif illərdə Abxaziyada “baş nazir” və “vitse-prezident” postlarını tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm