Separatçılar üçüncü qruplaşmanı da mühasirəyə aldı
Bizi izləyin

Dünya

Separatçılar üçüncü qruplaşmanı da mühasirəyə aldı

Ukraynanın Donetsk vilayətində separatçılar Milli Qvardiyanın üçüncü hərbi qruplaşmasını da mühasirəyə alıb.

Publika.az-ın “LifeNews” telekanalının saytına istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası”nın hərbi qərargahı hərbi qruplaşmanın Stepanovka kəndi yaxınlığında mühasirəyə alındığını açıqlayıb.

Hərbi qruplaşmada 40-dan çox tank, 100-ə qədər BTR və BMD, 60-a qədər minaatan, 50-yə qədər “Qrad” və “Uraqan” reaktiv yaylım atəm sisteminin olduğu bildirilir.

Dünən isə Donetsk separatçıların hərbi qərargahından Ukrayna ordusunun iki hərbi qruplaşmasının mühasirə alındığı barədə xəbər verilmişdi. Mühasirəyə alınan hərbi qruplaşmarın birində 2, digərində isə 5 min hərbçinin olduğu deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm