Dünya
Səhiyyə Nazirliyinə Ebola ilə bağlı 4-5 müraciət olub
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Ebola virusu ilə bağlı "qaynar xətt” yaradılıb. Təxminən 5 gün ərzində Bakıdan 4-5 müraciət olub.
Bu barədə Publika.az-a TƏS-nın direktor müavini Şair Qurbanov məlumat verib.
Onun sözlərinə görə, müraciət edənlərdə xəstəlik əlamətləri müşahidə edilməyib:
“Müraciət edənlər yüksək temperatur olduğunu, özlərini halsız hiss etdiklərini deyirlər. Onlardan yaxın zamanda hansı xarici ölkədə və ya xarici ölkə vətəndaşı ilə ünsiyyətdə olub-olmamaları soruşulur. Heç bir ünsiyyət, səfər olmayıbsa, narahatlığa əsas olmadığı izah edilir. İnsanların bu qədər narahat olmasına səbəb məlumatlarının birtərəfli olmasıdır. Onlar məlumatı yalnız televiziyadan alır, xəstəliyin təhlükəli olduğunu eşidirlər, lakin yoluxma yolları barədə məlumatsız olurlar”.
Direktor müavini xəstəliyin ilkin əlamətlərinin yüksək temperatur, halsızlıq və ağır mərhələdə daxili qanaxma olduğunu dedi.
Ş.Qurbanovun sözlərinə görə, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Zəng edən insanlara bunu başa salırlar: “Virusun Azərbaycanda yayılması üçün şərait yoxdur. Lakin yenə də maksimum diqqətli olmalı, səfərdən qayıdanlar, ölkəyə gələn vətəndaşlar nəzarətə götürülməlidir. Dövlət Sanitar Karantin Müfəttişliyi il ərzində bütün xəstəliklərlə bağlı nəzarəti həyata keçirilir. Ebola xüsusi təhlükəli xəstəlik olduğuna görə, daha diqqətli olmalıyıq. Afrika ölkələrindən gələnlər, eləcə də temperatur aşkarlanan əcnəbi şəxslərin yaşayacaqları ünvanlar qeydiyyata alınmalıdır, həmin ərazilərdəki poliklinikalarla əlaqə saxlanmalıdır. Eləcə də, həmin ölkələrdən gələn tələbələr 21 gün nəzarətdə olmalıdırlar. Hər gün səhər və axşam yerli poliklinika həkimləri tərəfindən temperaturu ölçülməlidir”.
Xatırladaq ki, Ebola virusu Qərbi Afrika ölkələrində yayılıb. Xəstəliyin peyvəndi yoxdur.
Gülxar
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI