• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD xristian körpələrin başını kəsib nizəyə keçirir

  • Dünya
  • 25 Avqust 2014 13:45
  • 2 110 Baxış
İŞİD  xristian körpələrin başını kəsib nizəyə keçirir

İŞİD terrorçularının yeni vəhşiliklərinin təfərrüatları məlum olub.

Publika.az ərəb mətbuatına istinadən xəbər verir ki, Şanqala rayonunda yezidi kürdlərin kəndini 10 gün mühasirədə saxlayan terrorçular kənd əhalisindən islamı qəbul etməyi tələb ediblər. İş o yerə çatıb ki, bəzi qadınlar uşaqlarının əsir düşüb valideynlərinin edam olunmasını görməmək üçün onları dağın başından yerə ataraq öldürürlər. Sonradan kəndə daxil olan terrorçular bütün kişiləri güllələyiblər. Uşaqlar və qadınları isə qula çevirirlər.

Eyni aqibətlə Suriyanın xristian əhalisi də üzləşib. Mosul ələ keçiriləndən sonra şəhərin əhalisinin 95 qaçıb. Yalnız 5 faiz qalaraq, islamı qəbul ediblər.

Bu haqda Amerika xristianlarının lideri Mark Arabi “CNN” telekanalına müsahibəsində danışıb:

“Əvvəlcə xristian əhali düşünürdü ki, cərimələrlə yaxalarını qurtara biləcəklər. Ancaq belə olmadı. Xristianların evləri orta əsrlərdə olduğu kimi işarələnib. Bu işarələr ölüm işarəsi adlanır. Onların evlərini girib dağıdıblar. Qadınlar kütləvi şəkildə zorlanır. Körpələrin başı kəsilərək nizəyə taxılır. Mosulun parklarında nizəyə keçirilmiş uşaq başlarını görmək olar.“

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR