Təkfirçilərə qarşı əməliyyat: 14 ölü
Bizi izləyin

Dünya

Təkfirçilərə qarşı əməliyyat: 14 ölü

Misirin Sina yarımadasında təkfirçi (küfr edən) olduqları iddia edilən adamlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, Misir rəsmi xəbər agentliyi MƏNA-da yer alan məlumata görə, Şeyx Zuveyd və Rifah bölgələrində həyata keçirilən əməliyyatlarda 14 adam öldürülüb. Təkfirçilikdə ittiham edilən adamların istifadə etdikləri 32 məkanın da dağıdıldığı bildirilib.

Misirdə polis və hərbiçilər təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar təşkil edən adamları ələ keçirmək üçün keçən ildən bu yana başda Sina yarımadası olmaqla bir çox bölgələrdə ortaq əməliyyatlar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm