• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

NATO Uels sammitində Moskvanı “ofsayd”da saxladı

  • Dünya
  • 25 Avqust 2014 15:29
  • 660 Baxış
NATO Uels sammitində Moskvanı “ofsayd”da saxladı

Sentyabr ayının 4-5-də Uelsdə keçiriləcək NATO sammitinə Rusiya dəvət olunmayıb.

Publika.az-ın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbələr bildirib.

NATO-nun 2012-ci ilin may ayında Çikaqoda keçirilən sammitində Rusiya Federasiyası prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edirdi. Sammitin əsas mövzusu də koalisiya güclərinin Əfqanıstandan çıxarılması idi.

2010-cu ildə isə Rusiyanı NATO-nun Lissabon sammitində prezident Dmitri Medvedev təmsil edib. Həm vaxt Moskva-NATO münasibətlərində yüksəliş baş verirdi. Ukrayna böhranına görə Ruisiya-Qərb münasibətlərinin pisləşməsi hərbi alyansın Uels sammitinə Moskvanın dəvət edilməməsi ilə nəticələnib.

NATO baş katibi Anders Foq Rasmussen Ukrayna hadisələrin Uels sammitinin əsas mövzusu olacağını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR