Əsəd çəllək bombası atdı, beş uşaq öldü – VİDEO
Bizi izləyin

Dünya

Əsəd çəllək bombası atdı, beş uşaq öldü – VİDEO

Suriya Hava Qüvvələri Dəra yaxınlığına çəllək bombası atıb. Nəticədə beş uşaq ölüb, çoxlu sayda yaralı var.

Publika.az xəbər verir ki, Şam Xəbər Agentliyinin (SNN) xəbərinə görə, ölən uşaqlardan dördü bir ailəyə mənsubdur. Çəllək bombası səhər saatlarında atılıb. Bu zaman uşaqlar evlərində yatırmışlar.

Agentlik bir çox cəsədin hələ dağıntılar altında qaldığını qeyd edib.

Mərkəzi Londonda olan “Oksfam” araşdırma qrupu hesabatında Suriyada 2011-ci ilin martından 2013-cü ilin avqustunadək yaşı 17 və ondan az olan 11 min 420 uşağın öldüyünü bildirib.

Hesabatda həmçinin 389 uşağın snayper gülləsindən öldürüldüyü, onlardan çoxunun bomba və top mərmilərindən həlak olduqlarını vurğulanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm