Rusiya Krımdan hücum hazırlayır – İddia
Bizi izləyin

Dünya

Rusiya Krımdan hücum hazırlayır – İddia

Ukrayna antiterror gücləri Luqansk şəhərinin şimalında mövqelərini möhkəmlədib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

O, şəhərin əksər hissəsinə separatçıların nəzarət etdiyini deyib. A.Lısenko separatçıların şəhəri tərk etməyə başladığını vurğulayıb.

Qeyd edək ki, separatçılar əsas qalası sayılan Slavyansk şəhərinin azad olunmasından sonra Donetsk və Luqanska geri çəkiliblər.

A.Lısenko hazırda Novoazovsk şəhərində şiddətli döyüşlərin getdiyini deyib. Onun sözlərinə görə, Novoazovsk-Mariupol yolu tamamilə antiterror güclərinin nəzarətində olsa da, hərbi texnikanın separatçılara çatdırılması mümkündür.

“Dnepr-1“ batalyonunda olan məlumata görə, şəhərə Krım, o cümlədən dəniz tərəfdən hücum mümkündür. Rusiyadan təxminən 40-a qədər zirehli texnika sərhədi keçərək Mariupola tərəf hərəkət edir. Təxminən 70 tank isə hazırda Rusiya-Ukrayna sərhədindədir. Məlumdur ki, onlardan əksəriyyəti Novoazovska göndəriləcək”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm