Ruslar fin dükanlarında kolbasa və yoqurt qoymadılar...
Bizi izləyin

Dünya

Ruslar fin dükanlarında kolbasa və yoqurt qoymadılar...

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq, Avropadan da Rusiyaya ərzaq gətirilməsinə qadağalar qoyulub.

Artıq bəzi ərzaq mallarının qıtlığı hiss edilir. Hətta paytaxt Moskvada belə böyük supermarketlərin bəzi şöbələri bomboş qalıb.

Publika.az xəbər verir ki, bu səbəbdən Finlandiyanın Rusiya ilə həmsərhəd şəhərləri “ərzaq turistləri”nin hücumuna məruz qalıb. Ruslar fin şəhərlərinə gələrək ucdantutma bütün ərzaqları alırlar. Kolbasa və yoqurt məhsullarına maraq daha çoxdur.

Təşvişə düşən fin hökuməti bir ələ 5 kiloqramdan artıq ərzaq satılmasını qadağan edib. Lakin ruslar buna da əlac tapıblar. Onlar sərhədi ailəlikcə keçir və fin dükanlarından aldıqlarını avtomobilə dolduraraq geri qayıdırlar. Şəxsi avtomobili olmayanlar üçün isə “ərzaq turları” təşkil olunub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm