Putin separatçıların yeni rəhbərini təbrik etdi
Bizi izləyin

Dünya

Putin separatçıların yeni rəhbərini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Abxaziya separatçı qurumun “prezident”i seçilməsi münasibətilə Raul Xadjimbanı təbrik edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Rusiya dövlətinin başçısı təbrik məktubunda ümidvar olduğunu ifadə edib ki, Raul Xadjimbanın fəaliyyəti daxili siyasi sabitliyinin təminatı və Abxaziyanın ictimai-iqtisadi inkişafına imkan yaradacaq”, - mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, Abxaziyada “prezident seçkiləri” dünən keçirilib. Müxalifət lideri R.Xadjimba seçicilərin 50,57 faiz səsini toplayaraq qalib gəlib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək “seçkilər”in nəticələrini tanımadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm